Bakı-Quba yolunda dəhşətli hadisə

Bakı-Quba yolunda dəhşətli hadisə

Bakı–Quba yolunun Sumqayıtdan keçən hissəsində dəhşətli qəza baş verib. Şəhərin Hacı Zeynalabdin qəsəbə ərazisində Sürücü Mansur Yaqubovun idarə etdiyi "Mercedes" markalı 50 CP 716 dövlət nömrə nişanlı avtomobil qəzaya uğrayıb.

Daha sonra avtomobil qəflətən alışmağa başlayıb. Şahidlərin və hadisə yerinə cəlb olunan xilasedicilərin verdiyi məlumata görə, sürücü Mansur Yaqubov maşında yanaraq kül olub. Avtomobildə olan digər şəxs Lalə Xanıyeva ağır yanıq xəsarətləri ilə Sumqayıt şəhər xəstəxanasına çatdırlıb. Dərhal hadisə yerinə FHN-nin və Sumqayıt şəhər polis idarəsinin əməkdaşları cəlb olunub.

Hal hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə