Avtomobil piyadanı vuraraq öldürdü

Avtomobil piyadanı vuraraq öldürdü

Ötən gün Bakı-Qazax yolunun Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində, piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Yevlax rayon sakini Sənan Paşayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən piyadanı vurub. Ölən piyadanın kimliyi hələlik məlum deyil. 40-45 yaşlarında olan kişi meyitinin, geyimindən və saqqalından səfil həyat tərzi keçirdiyi ehtimal olunur.

Qeyd edək ki, hadisə ilə bağlı BDYPİ-nin istintaq idarəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə