Bir gündə iki zəlzələ faktı

Azərbaycanda bir gündə iki dəfə ardıcıl zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən xəbərə görə, yerli vaxtla 08:55-də yerin 11 km dərinliyində 3, 1 bal gücündə zəlzələ qeydə alınıb.

Digər bir təkan isə 09:19-də baş verib. Yeraltı təkanlar 3,3 bal gücündə olub. Zəlzələlər hiss olunmayıb.

Xatırladaq ki, bu səhər Azərbaycanın Qəbələ rayonunda zəlzələ baş verib. Zəlzələ bu səhər yerli vaxtla saat 06.38-də Qəbələ şəhərindən 22 km şimal-şərqdə qeydə alınıb. 10 km dərinlikdə baş verən yeraltı təkanlar episentrda 6 bal, ətraf rayonlarda 5.4 bal gücündə olduğu bildirilir. Zəlzələ Qusar və İsmayıllı rayonlarında da hiss olunub və yeraltı təkanlar bir neçə saniyə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə