Ötən gün axşam saat 23:05 radələrində Gəncə şəhəri Şah İsmayıl Xətai prospektində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, şəhər sakini 24 yaşlı Elvin Sadıqov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçmək istəyən piyada 49 yaşlı Ağcabədi sakini İlqar Kazımovu vurub. Yaralı dərhal Gəncə şəhər TTX-nin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir. Sürücü Elvin Sadıqov isə polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB