Həyətdən çətənə, evdən silah-sursat aşkar edilərək götürülüb

Həyətdən çətənə, evdən silah-sursat aşkar edilərək götürülüb

Sabirabad sakininin həyətyanı sahəsindən çətənə kolları və silah-sursat aşkar edilərək götürülüb. Sabirabad Rayon Polis Şöbəsindən SİA-nın Aran bürosuna verilən məlumata görə, DİN-in "Xaş-xaş 2014" şərti adlı kompleks tədbirlər planının icrası ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayonun Çiçəkli kənd sakini, 1969-cu il təvəllüdlü Qubadov Əli Rza oğlunun həyətyanı sahəsinə baxış keçirilən zaman orada 100 kv.m ərazidə əkilib becərilmiş və qulluq edilmiş ümumi çəkisi 267 kq olan 74 ədəd çətənə kolu və 5 kiloqram qurudulmuş halda, 5,32 kiloqram yarımqurudulmuş marixuana, 2 ədəd kibrit qutusunda marixuana toxumları aşkar edilərək götürülüb. Bundan başqa evə baxış keçirilən zaman 1 ədəd kustar üsulla hazırlanmış 16 çaplı ov silahı və pulemyot üçün patronlar, eyni zamanda silahda istifadə olunana qırma və barıt aşkar edilərək götürülüb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə