Sabirabad sakininin həyətyanı sahəsindən çətənə kolları və silah-sursat aşkar edilib. Sabirabad rayon Polis Şöbəsindən SİA-nın Aran bürosuna verilən məlumata görə, DİN-in "Xaş-xaş 2014" şərti adlı kompleks tədbirlər planının icrası ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayonun Çiçəkli kənd sakini,1969-cu il təvəllüdlü Qubadov Əli Rza oğlunun həyətyanı sahəsinə baxış keçirilib. Oradan 100 kv.m ərazidə əkilib-becərilib, qulluq edilən ümumi çəkisi 267 kq olan 74 ədəd çətənə kolu və 5 kiloqram qurudulmuş halda, 5,32 kiloqram yarımqurudulmuş marixuana, 2 ədəd kibrit qutusunda marixuana toxumları aşkar edilərək götürülüb. Bundan başqa evə baxış keçirilən zaman 1 ədəd kustar üsulla hazırlanmış 16 çaplı ov silahı və pulemyot üçün patronlar, eyni zamanda silahda istifadə olunana qırma və barıt aşkar edilərək götürülüb.
Qeyd edək ki, faktla bağlı Sabirabad rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB