Gəncənin Heydər Əliyev prospektində baş verən qəzada, yolu keçmək istəyən ər-arvadı maşın vurub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə sakini 27 yaşlı Fərid Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən yolu keçmək istəyən ər-arvad Gəncə şəhər sakinləri, 56 yaşlı Fazil Verdiyev və onun həyat yoldaşı 53 yaşlı Nazlı Verdiyevanı vurub. Zərbənin gücündən Fazil Verdiyev hadisə yerində dünyasını dəyişib, həyat yoldaşı Nazlı Verdiyeva isə xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə şahidlərinin sözlərinə görə, Fərid Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yüksək sürətlə hərəkət etdiyindən, idarəetməni itirib. O, yoldan çıxaraq hərəkətdə olan "Hyundai" və yolun kənarında dayanan digər "Mercedes" markalı avtomobillərə dəyib.
Qeyd edək ki hər iki avtomobilə ciddi ziyan dəyib.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB