Ağcabədi rayonunda traktor və minik avtomobilinin toqquşması ölümlə nəticələnib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 15-də saat 8:00 radələrində Ağcabədi rayonunun Hacıbədəlli kəndində rayon sakinləri Nizami Qasımovun idarə etdiyi "T-28" markalı traktorla Elşən Qədimovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil toqquşub. "VAZ 2107"-nin sürücüsü E.Qədimov və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Zəkiyyə Əliyeva ölüb.
Faktla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB