Lənkəran şəhər sakini hündürlükdən yıxılaraq aldığı xəsarətdən ölüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 15-də Lənkəran şəhər sakini Əlövsət Axundov şəhərdə işlədiyi inşa edilən binanın 3-cü mərtəbəsindən yıxılıb. Ə.Axundov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...