"Baku Steel Company" MMC-nin oksigen sexində qaz balonu sınaqdan keçirilərkən partlayış baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə sentyabrın 15-də saat 18 radələrində Nərimanov rayonu Z.Bunyadov prospektində yerləşən "Baku Steel Company" MMC-nin oksigen sexində baş verib. Qaz balonu sınaqdan keçirilərkən partlayıb. Nəticədə sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölmüş, oranın işçilərı - Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev xəstəxanaya yerləşdiriliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB