Bakıda avtomobillərdən oğurluq edən dəstənin 3 üzvü yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 14-də Kaveroçkin küçəsində Rəşad Nəbiyevə məxsus "Hyundai-Sonata" markalı avtomobildən oğurluq etməkdə şübhəli bilinən Siyəzən rayon sakini Səmiyar Quliyev, Bakı şəhər sakini Fətulla Əzizov və Masallı rayon sakini Məhəmməd Həbibov Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi və Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən tutulublar.

Araşdrmalar nəticəsində olub ki, onlar sentyabrın 11-i saat 18:30-dan 13-ü saat 16-dək olan müddətdə Azadlıq prospektində İntiqam Hüseynova məxsus "Lexus" və sentyabrın 14-nə keçən gecə Mirqasımov küçəsində Mahir Əsədliyə məxsus "Toyota-Camry" markalı avtomobillərdən pul və müxtəlif əşyalar götürüblər. Bundan başqa onlar sentyabrın 14-nə keçən gecə İ.Qasımov küçəsində Kərim Əbdürəhmanzadəyə məxsus "Peugeot" markalı avtomobildən oğurluğa cəhd ediblər

Bütün xəbərlər Facebook səhifəmizdə