İvanovkada silah-sursat tapıldı

İsmayıllı rayonunun İvanovka kənd sakini tapdığı silah-sursatı təhvil verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, İsmayıllı rayonunun İvanovka kənd sakini Viktor Minnikov 2 ədəd qumbara, 117 ədəd müxtəlif çaplı patrton və 2 ədəd alışdırıcı tapıb. V.Mennikov tapdığı silah-sursatı könüllü olaraq İsmayıllı Rayon Polis Şöbəsinə təhvil verib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə