DİN Ağcabədidəki qəza ilə bağlı məlumat yayıb

DİN Ağcabədidəki qəza ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Ağcabədi rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb. SİA-nın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 14-də saat 22 radələrində Ağcabədi rayonunun Qaravəlli kəndində rayon sakinləri Teyyub Quliyevin idarə etdiyi "Mercedes", Nəbi Ağamalıyevin idarə etdiyi "Daewoo" və Elgün Bəbişovun idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub. E. Bəbişov, N.Ağamalıyev və sərnişinlərindən - Bərdə rayon sakinləri Naibə Alıyeva və onun oğlu Fəqan hadisə yerində ölüb, N.Ağamalıyevin digər 5 sərnişini, habelə T.Quliyev və 1 sərnişini xəstəxanaya yerləşdirilib. Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə