Oğurluq edən şəxs tutuldu

Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Səid Göyçəyev yaxalanıb.

Məlum olub ki, o, iyulun 15-də Y.Əliyev küçəsində Nizami Ağabalayevə məxsus "Ford" markalı avtomobildən mobil telefon, avqustun 19-da isə R.Qəmbərov küçəsində Pərvin İbişovun idarə etdiyi "Fiat" markalı avtomobildən mobil telefon, pul və sənəd oğurlayıb.

Səid Göyçəyevin əlinin digər oxşar cinayətlərdə də olması ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə