Nərimanov rayonunda "Opel" və "Kia" markalı avtomobillərin toqquşması 28 yaşlı sürücünün ölümü ilə nəticələnib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 14-də Nərimanov rayonu, Ə.Əliyev küçəsində 1986-cı il təvəllüdlü Rasif Süleymanovun idarə etdiyi "Opel" və 1981-ci il təvəllüdlü Şahin Məmmədovun idarə etdiyi "Kia" markalı avtomobillər toqquşub. Nəticədə "Opel"in sürücüsü R.Süleymanov hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB