Ağır yol qəzası sürücü öldü

Ağır yol qəzası sürücü öldü

Ağcabədidə ağır yol qəzası baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Ağcabədi rayonu, Qaravəlli kəndində (rayon mərkəzindən 25 km aralı) qeydə alınıb.

BMW, "Mercedes" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində BMW-nin sürücüsü, 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu hadisə yerində ölüb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlardan istifadə etməklə E. Bəşirovun cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə