Yanğınsöndürənlərimiz yolda əməliyyat keçirdi

Tərtər rayonu, Azad Qaraqoyunlu kəndində vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin qoşqusuna yığılan 3,4 ton ot bağlamasının 2 tonu və qoşqunun təkərləri yanıb. SİA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunub.

Yanğın saat 13:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə