AMAY -dan 150 nəfər təxliyyə olunub RƏSMİ

AMAY -dan 150 nəfər təxliyyə olunub RƏSMİ

Fövqəladə Hallar Nazirliyi (FHN) AMAY ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb. SİA-nın FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun yaydığı məlumatda deyilir ki, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli "AMAY" MMC ticarət mərkəzinin 4-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kv.m sahədə və 2-ci mərtəbədən dam örtüyünə qədər şaxtadan keçən kabellər və plastik borular 45 p.m yanıb, yüksək temperaturdan yuxarı mərtəbələrdə 4 ədəd kondisionerin üzlükləri əriyib.

Hadisə zamanı yanğınsöndürənlər və işçi personal tərəfindən binadan 150 nəfər təxliyyə olunub.

Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:12-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə