Ağstafada yol qəzası ölən və yaralılar var

Ağstafada yol qəzası ölən və yaralılar var

Ağstafa rayonunda minik avtomobili yük qatarı ilə toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 12-də saat 15 radələrində Ağstafa rayonunun Muğanlı kəndində qorunmayan keçiddə Qarayazı kənd sakini Anar Həşimov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yük qatarına vurub.

A.Həşimovun sərnişinlərindən Şaiq Bəhrəmov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə