Xeyli miqdarda spirtli içki və siqaret aşkar edilib

Xeyli miqdarda spirtli içki və siqaret aşkar edilib

Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin və Səbail Rayon Polis İdarəsinin əməkdaşları birgə Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi, 2-ci döngədə yerləşən qarajlara baxış keçiriblər.
Komitədən bildiriblər ki, Həsrət Baxışova məxsus qarajdan xeyli miqdarda xaricdə istehsal olunmuş, aksiz markasız spirtli içkilər, həmçinin siqaretlər aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə