Gün ərzində 74 cinayət faktı qeydə alınıb

Gün ərzində 74 cinayət faktı qeydə alınıb

Sentyabrın 11-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 74 cinayət faktından 37-nin üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 6 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 37 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə