Quldurluq edən şəxs tutuldu

Oğuz rayon sakininə qarşı quldurluq edilib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 11-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində Oğuz rayon sakini Seymur Mürsəlov "Chevrolet" markalı avtomobilə sərnişin qismində oturub metronun "20 Yanvar" stansiyasına gedəcəyini bildirib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında sürücü və digər sərnişin S.Mürsəlovu bıçaqla hədələyərək 500 manatını alıb hadisə yerini tərk ediblər.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə