Bakıda intihara cəhd edən şəxs xilas edilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər intihar etmək məqsədi ilə beşmərtəbəli binanın damına çıxıb
Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Aparılmış psixoloji söhbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və binanın damından enib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB