Oğurlanmış dövlət qeydiyyat nişanı ilə maşın sürdü

Oğurlanmış dövlət qeydiyyat nişanı ilə maşın sürdü

Oğurlanmış dövlət qeydiyyat nişanları ilə avtomobil idarə edən Bakı sakini saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, sentyabrın 8-də Heydər İbrahimova məxsus "Hyundai" markalı avtomobildən oğurlanmış dövlət qeydiyyat nişanları üzərində olan "Daevoo" markalı avtomobilin Bakı-Şamaxı yolunda hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən aşkar edilib və görülmüş tədbirlərlə Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Avtomobilə baxış zamanı Lənkəran rayon sakini Fuad Tağıyevə məxsus "VAZ-21099" markalı avtomobilə məxsus dövlət qeydiyyat nişanları da aşkar edilib.

Avtomobili idarə edən Bakı şəhər sakini Adil Əhmədov araşdırmalar aparılması üçün Abşeron RPŞ-yə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə