Çörəyin içindən telefon çıxdı

Çörəyin içindən telefon çıxdı

Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 32.4; 317-1.1 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Sənan İman oğlu Cabbarovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Orxan Elxan oğlu Dadaşlının görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman gətirdiyi 2 ədəd çörəyin içərisində gizlədilmiş 1 ədəd "Samsung" markalı və 1 ədəd "Nokia" markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə