Sentyabrın 9-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 67 cinayət faktından 37-nin üstü "isti izlər"lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında qeydə alınan 9 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 50 nəfər tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB