"Mister Tum" MMC-nin qanunsuz əməlləri aşkar edilib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Lotereyalar haqqında" qanuna və öz Əsasnaməsinə müvafiq olaraq lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı olaraq bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini davam etdirir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, QKDK tərəfindən keçirilən nəzarət tədbirləri nəticəsində "Mister Tum" MMC-nin stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkar edilib.

QKDK "Mister Tum" MMC tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə