Xırdalanda partlayışla əlaqədar xilasetmə tədbirləri başa çatıb

Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri başa çatıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, xilasedicilər tərəfindən dağıntılar altından 1 uşaq meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Bununla da, hazırki vaxta qədər xəsarət alan 9 nəfər və vəfat etmiş 3 nəfər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 03:15-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə