Dəmir parçası ilə gələn ölüm

Bakının Nərimanov rayonu ərazisində yeni tikilməkdə olan binada ölüm faktı baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 6-da Nərimanov rayonu Təbriz küçəsində yeni tikilməkdə olan binadan orada işləyən Ağdam rayon sakini Ruslan Həsənovun başına dəmir parçası düşüb. Fəhlə R.Həsənov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə