Xırdalanda 4 nəfər dağıntılar altından xilas edilib

Xırdalanda 4 nəfər dağıntılar altından xilas edilib

Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından daha 4 nəfərin xilas edilib. SİA-nın xəbərinə görə, Abşeron Rayon Polis Şöbəsindən verilən məlumatda bildirilir ki, xilas edilən şəxslər – 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı, 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Aygül Vidadi qızı və 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızıdır.

Xatırladaq ki, Azərbaycanda binada partlayış olub. Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə