DİN Qaxda baş verən qəza ilə bağlı məlumat yayıb

DİN Qaxda baş verən qəza ilə bağlı məlumat yayıb

Qaxda ağır yol qəzası baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-də saat 16 radələrində Qax rayonunun Əmbərçay kəndində Bakı şəhər sakini Rauf Allahverdiyevin idarə etdiyi "Rexton" və Qəbələ rayon sakini Şirvan Şirinovun idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub.

Ş.Şirinov hadisə yerində ölüb, sərnişini - həmyerlisi Sahib Zeynalov, habelə R.Allahverdiyev və 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Qax RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə