Ötən gün saat 16:30 radələrində Quşqara kəndi ərazisində bıçaqlanma hadisəsi qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə sakini 29 yaşlı Kamil Rüstəmov şəxsi münasibətlər zəminində keçmiş qaynı 30 yaşlı Ürfan Rzayevlə bıçaq davasına çıxıb. Nəticədə hər iki şəxs bədənin müxtəlif nahiyələrindən xəsarət alıblar.
Mübahisə zamanı Rzayev Ürfan Tapdıq oğlu bıçaqla Rüstəmov Kamil Əli oğlunun qarın və sinə nahiyəsindən iki dəfə zərbə endirib. Eyni zamanda Ürfan Rzayevin özü də hadisə vaxtı xəsarət alıb. Həmin xəsarətlərlə əlaqədar hər iki şəxs Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Lakin Rüstəmov Kamil Əli oğlu xəstəxanada ölüb. Hadisənin digər iştirakçısı Ürfan Rzayev isə artıq əməliyyat olunub və hazırda o, polisin nəzarəti altında müalicə alır. Həkimlər Rzayevin səhhətini kafi kimi qiymətləndirir. Qanlı hadisənin dəqiq təfərrüatları barədə hələlik heç bir məlumat verilmir.
Qeyd edək ki, faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB