Mənzili qarət edən şəxslər tutulub

Bakıda mənzili qarət edən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, sentyabrın 4-ü saat 03 radələrində Nail Rzayevin Gəncə prospektindəki mənzilinə Emin kimi tanıdığı və üzlərində maska olan iki naməlum şəxs daxil olub onun əl-ayağını yapışqanlı lentlə bağlayaraq, pul və zinət əşyaları tələb ediblər.

Onlar mənzildə axtarış apararaq ev yiyəsinə məxsus bir ədəd qızıl üzüyü və iki ədəd mobil telefonu götürərək gediblər. Xətai RPİ 35-ci PB-nin keçirdiyi əməliyyat tədbirə nəticəsində quldurluqda şübhəli bilinən, Bakı şəhər sakinləri Amid Qasımov, Umud Cəfərov və qardaşı Mirağa yaxalanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə