8 tona yaxın çətənə kolu məhv edildi

8 tona yaxın çətənə kolu məhv edildi

Qəbələ rayonu ərazisində 8 tona yaxın çətənə bitkisi aşkar olunaraq məhv edilib. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2014" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Qəbələ rayonunun Bayramkoxa kəndi ərazisində 11 500 ədəd, cəmi çəkisi 7 ton 900 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunub.

Çətənə kolları yaşıl kütlə şəklində yandırılma üsulu ilə məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə