Qaradağ rayonunun Sahil qəsəbəsinin sakini tüfəngdən atəş açaraq həmyerlisinə xəsarət yetirib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 3-də Qaradağ rayonunun Sahil qəsəbəsində qəsəbə sakini İlqar Quliyev münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunmuş Şaban Nəbiyevə xəsarət yetirib, daha sonra hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş Ş. Nəbiyev orada ölüb.
Hadisə yerinə baxış zamanı "Winchester" markalı tüfəng aşkar edilərək götürülüb.
Hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB