Cinayət törətmiş 40 nəfər tutulub

Cinayət törətmiş 40 nəfər tutulub

Sentyabrın 2-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 68 cinayət faktından 30-nun üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 5 yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər ölüb, yeddi nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 40 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə