Ötən gün saat 22:05 radələrində Gəncənin 4 saylı şəhər qəbiristanlığında silahlı insident baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, şəhər sakini Nizami prospekti 10/2 ünvanında qeydiyyatda olan 31 yaşlı Zaməddin Fərəcov şəxsi münasibətlər zəminində hələ ki, istintaqa məlum olmayan şəxs tərəfindən "Vinçestr" markalı odlu silahla güllələnib. Ayaq nahiyəsindən ağır xəsarət alan zərərçəkən ətrafdakı insanların köməyilə Gəncə şəhər TTYX-nın Travmatologiya şöbəsinə yerləşdirilib. Zaməddin Fərəcova tibbi yardım göstərilsə də, vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, insidentin baş verdiyi qəbiristanlıq Göygöl rayonu ərazisində yerləşdiyindən, hadisəni Göygöl rayon Polis Şöbəsi araşdırır.
Faktla bağlı cinayət işi açılıb, hadisəni törədən şəxsin tapılması istiqamətində işlər aparılır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB