20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib

Sentyabrın 1-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 52 cinayət faktından 11-nin üstü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 7 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 28 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə