İstirahət günləri 24 yol nəqliyyat hadisəsi qeydə alınıb

İstirahət günləri Azərbaycanda baş verən yol qəzalarında 10 nəfər həyatını itirib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, avqustun 30-da respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

Avqustun 31-də respublikanın avtomobil yollarında baş vermiş 16 yol-nəqliyyat hadisəsi zamanı isə 8 nəfər ölüb, 37 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə