Xuliqanlıq etdi silahı əlindən alındı

Quba rayonunun İsnov kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Əziz Cəlilzadə Bakı şəhər sakini Mehman Kərimovla mübahisə edib tüfəngdən havaya 1 dəfə atəş açaraq xuliqanlıq edib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Cəlilzadə saxlanılıb, ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...