Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində 11 saylı Cəzaçəkmə Müəssisəsinə qadağan olunan vasitələrin keçirilməsinin qarşısı alınıb. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 234.2; 234.1 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilən məhkum Elşən Əli oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş bacısı Sevinc Əli qızı Hüseynovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman əl çantasının içərisində gizlədilən bir ədəd "Nokia E72" markalı mobil telefon aparatı və mobil telefon aparatı üçün nəzərdə tutulmuş bir ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə