Kürdəmirdə qəza 1 ölü, 2 yaralı

Kürdəmirdə qəza 1 ölü, 2 yaralı

Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 29-da saat 07 radələrində Kürdəmir rayonunun Sığırlı kəndində Zərdab şəhər sakini Araz Əsədov idarə etdiyi "VAZ-21074" markalı avtomobili aşırıb. A.Əsədovun sərnişinlərindən həmyerlisi İradə Osmanova hadisə yerində ölüb, özü və digər sərnişini Sənubər Qasımova xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə