Şəmkir rayonunda orta məktəbin kompüterlərini oğurlamış şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də Zəyəm Cırdaxan kənd Orta Məktəbinin kompyuter otağından 4 kompüter dəsti oğurlamış həmin kənd sakini Eldar Babayev və qardaşı Zamin tutulublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB