Qadını soydu cəzasını aldı

Bakıda qadına qarşı soyğunçuluq etmiş şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqustun 19-da paytaxtın Ziya Bünyadov prospektində Elyanə Sadıqovanı yerə yıxaraq əl çantasından mobil telefon və 3000 manatının götürməkdə şübhəli bilinən Bakı şəhər sakini Emil Hacıyev Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə