Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsi gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları Laçın Hacıyevi qaçaqmalçılıq yolu ilə gətirilmiş aksiz markasız siqaretləri Bakı şəhərində realizə etmək istəyərkən saxlayıblar.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, L.Hacıyevin idarə etdiyi "Chevrolet Aveo" markalı nəqliyyat vasitəsinə baxış keçirilərkən avtomobilin yük yerindən külli miqdarda siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB