58 cinayət faktından 20-nin üstü “isti izlər”lə açılıb

58 cinayət faktından 20-nin üstü “isti izlər”lə açılıb

Avqustun 27-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 58 cinayət faktından 20-nin üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 7 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 27 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə