Kürdə batan şəxsin cəsədi sudan çıxarıldı

Kürdə batan şəxsin cəsədi sudan çıxarıldı

Kürdə batan 46 yaşlı kişinin cəsədi sudan çıxarılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 27 avqust 2014-cü il tarixində Kür çayının Sabirabad rayonunun Şıxsalahlı kəndi ərazisindən keçən hissəsində batmış 1968-ci il təvəllüdlü Etibar Şükür oğlu Nuriyevin axtarışları başa çatıb.

E. Nuriyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 14:55-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə