Toydan qayıdan ailənin faciəsi

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəmkir rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb. 28 yaşlı rayon sakini Namiq Seyidovun idarə etdiyi "Volkswagen Passat" avtomobili yolun kənarında olan beton dirəyə çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər – 53 yaşlı Rübabə Cabbarova və 50 yaşlı Ayna Qarayeva hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan 1 yaşlı Yusif Cəfərov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisə ailə toy məclisindən evə qayıdarkən baş verib. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə