Goranboy rayonunda qadına bıçaqla xəsarət yetirmiş şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqustun 26-da Goranboy rayonunun Rus-Borisi kəndinin meşə zolağında rayon sakinləri İmamverdi Xəlilov və Sabir Alxasov həmyerliləri Elnarə Əliyevaya bıçaqla xəsarət yetiriblər.
Xocalı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Xəlilov və S. Alxasov tutulublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB