2 kişi meşədə qadına hücum etdilər

28 Avqust 2014 14:01 (UTC+04:00)

Goranboy rayonunda qadına bıçaqla xəsarət yetirmiş şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqustun 26-da Goranboy rayonunun Rus-Borisi kəndinin meşə zolağında rayon sakinləri İmamverdi Xəlilov və Sabir Alxasov həmyerliləri Elnarə Əliyevaya bıçaqla xəsarət yetiriblər.

Xocalı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Xəlilov və S. Alxasov tutulublar.